Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu bu gün baş tutub.
Offsideplus.az xəbər verir ki, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"la qarşılaşıb.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matç Muxtar Respublika təmsilçisinin qələbəsi ilə başa çatıb - 110:107.
Qeyd edək ki, "Naxçıvan" B qrupununda ikincidir. Onların aktivində 30 xal var.
"Sumqayıt" isə 23 xalla 4-cü yerin sahibidir.



