Mançester Siti ilə İngiltərə Premyer Liqası arasında davam edən və futbol tarixinin ən böyük hüquqi proseslərindən biri hesab olunan işdə qərarın Yeni il öncəsi – dekabr ayında açıqlanacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, kluba qarşı irəli sürülən əsas ittihamlar bunlardır:

  • Sponsorluq və gəlir rəqəmlərinin süni şəkildə şişirdilməsi, klubun maliyyə baxımından daha sağlam görünməsinə çalışmaq.
  • Bir neçə mövsüm ərzində Premyer Liqaya dəqiq və tam maliyyə məlumatları təqdim etməmək.
  • Araşdırma dövründə tam əməkdaşlıq etməmək, o cümlədən hesabat və audit tələblərini pozmaqda ittiham olunmaq.

Məlumata görə, qərarın kluba təsiri olduqca ciddi ola bilər. Mançester Siti günahkar bilindiyi halda, mümkün sanksiyalar arasında:

  • Xal silinməsi,
  • Hətta Çempionşipə (II Liqaya) yuvarlanma — yəni liqadan aşağı salınma kimi ağır cəzalar da yer alır

Premyer Liqa tarixində bu qədər genişmiqyaslı və çoxsaylı ittihamların qiymətləndirildiyi başqa bir proses demək olar ki, yoxdur. İctimaiyyət isə qərarın futbol dünyasında böyük səs-küy yaradacağına artıq əmin görünür.