Antuan Semenyo qış "transfer pəncərəsində" "Bornmut"u tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, onun sərbəst qalmağı 60+5 milyon funt sterlinqdir. Bu məbləği ödəyən komanda onu heyətinə qata biləcək.

"Liverpul" onunla ciddi şəkildə maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Bornmut" onu yaya qədər saxlamaq istəsə də, bu, təkcə onlardan asılı deyil.

Qeyd edək ki, Semenyo cari mövsüm Premyer Liqada 11 oyunda 6 qol vurmağı bacarıb.