"Arsenal" gənc futbolçusu İtan Nvaneri barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, "topçular" 18 yaşlı cinah hücumçusunu daha çox oynaya bilməsi üçün icarəyə göndərməyi planlaşdırır.

Bu barədə "Mail Sport" məlumat yayıb.

Nvaneri cari mövsüm 9 oyunda 425 dəqiqə meydanda olub. O, 1 qol vurmağı da bacarıb.