Fil Foden "Mançester Siti" forması ilə Premyer Liqada 200 oyuna çatan ən gənc futbolçu olub.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu bu oyunlarda 62 qol vurub və 29 məhsuldar ötürmə edib. 6 dəfə Premyer Liqanın qalibi olub.
F. Foden 4 yaşından bəri "Mançester Siti" klubundadır. O, burada ümumilikdə 330 oyuna çıxıb.



