Misli Premyer Liqasında XIV turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib.

Naxçıvan təmsilçisi uğursuz gedişə son qoyub.

"Araz-Naxçıvan" rəqibini 2:0 hesabı ilə məğlub edib.

Onlar xalını 23-ə yüksəldib.

"Kəpəz" isə 6 xalda qalıb. Gəncə təmsilçisi 11-ci yerdədir.

Misli Premyer Liqası, XIV tur

9 dekabr (çərşənbə axşamı)

17:00 “Araz-Naxçıvan” – “Kəpəz” 2:0

Qollar: Coşqun Diniyev, 38, Patrik Andrade, 64


“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 8. Coşqun Diniyev 16. Ramon Maçado 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 70. Şarl Boli

Baş məşqçi: Elmar Baxşıyev

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 10. Ryonosuke Ohori 6. Pedro Qomeş

Baş məşqçi: Azər Bağırov

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov

VAR: Elçin Məsiyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Liv Bona Dea Arena”