Misli Premyer Liqasında XI tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, günün ikinci oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

"Sumqayıt" ardıcıl 2-ci qələbəsini qazanıb.

Onlar "qırmızı-qaralar"ı 2:0 hesabı ilə məğlub ediblər.

"Kimyaçılar" xalını 20 edib və müvəqqəti olaraq 3-cü yerə yüksəlib.

"Qəbələ" isə 5 xalla 10-cudur. 

Misli Premyer Liqası, XI tur

7 noyabr (cümə)

16:44. "Qəbələ" - "Sumqayıt" 0:2 

Qol: Rüstəm Əhmədzadə, 54, A. Ramalinqom, 83

Yerinə yetirilməyən penalti: Aleksandr Ramalinqom, 54

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.