Mövsümü 4-cü yerdə bitirən "Turan Tovuz" Misli Premyer Liqasının son turunda "Kəpəz"i 4:0 hesablı məğlubiyyətə uğradıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçı və cari sezonu şərh edib:

"Oyundan razıyıq. Xüsusilə birinci hissədən. Son oyunumuzda azarkeşlərimizi sevindirdiyimiz üçün xoşbəxtik. Ümumilikdə mövsüm ərzindəki çıxışımızdan məmnunluq var. Daha da yaxşı ola bilərdik."