Bu gün Misli Premyer Liqasının XXXVI turu çərçivəsində "Qarabağ"a qarşı keçirilən oyunda "Şamaxı" klubunun heyətində 2 futbolçu debüt edib.

Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçiləri Nicat Xasıyev və Natiq Ağamalıyev Premyer Liqada ilk dəfə forma geyiniblər.

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov hər iki oyunçunu qarşılaşmanın sonlarında meydançaya buraxıb.

Bununla da, Şamaxı təmsilçisi ölkə çempionatının bu mövsümündə ən çox gənc futbolçuya şans verən kollektivə çevrilib.

Eyni zamanda 21 yaşlılardan ibarət yığmamızın da baş məşqçisi olan Ayxan Abbasov iş fəaliyyətində əsasən gəncləri önə çəkməsi ilə tanınır.

Qeyd edək ki, "Şamaxı" orta yaş həddinə görə Premyer Liqa klublarında arasında ən cavanıdır. Komanda üzvlərinin təxminən 1/4-i (22,5 %) 21 yaşadək futbolçulardan ibarətdir.