"Enişli-yoxuşlu bir mövsüm keçirdik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Vurğun Hüseynov "Səbail"i 1:4 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib. 

O, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyunu və 2024-25 mövsümünü şərh edib:

"Oyunla bağlı danışılası çox şey yoxdur. Uşaqlar toparlanmağı bacarıb mövsümün son oyununda qələbə qazandılar. Bu matç bizim üçün az da olsa önəmli idi. Çünki turnir cədvəlində bir pillə yüksəlmək şansımız var idi. Futbolçulara təşəkkür edirəm. Enişli-yoxuşlu bir mövsüm keçirdik. Bu nəticələr Sumqayıt kimi şəhərə yaraşmır. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. İnşallah növbəti mövsüm daha güclü "Sumqayıt" görəcəksiniz".