Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edib.
Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb.
Onlar bu nəticə ilə birlikdə növbəti mövsüm avrokuboklara qatılmağı təmin edib.
"Karvan-Yevlax"ın isə elita ilə vidalaşmağı rəsmiləşib.
MPL, XXXI tur
10 may (bazar)
17:00 "Turan Tovuz” – “Karvan-Yevlax” 1:0
Qol: Ayxan Hüseynov, 45+1
“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva.
Baş məşqçi: Kurban Berdiyev.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu


