Real Madrid əfsanələri İker Kasilyas və Marselo aralarındakı söhbətdə karyeralarının ən çətin oyunlarından birini xatırlayıblar.
Offsideplus.az xəbər verir ki, söhbət 2010-cu ildə “El Klassiko”da “Barselona”nın Madrid klubunu 5:0 hesabı ilə darmadağın etdiyi qarşılaşmadan gedir.
Marselo həmin günü belə təsvir edib:
“Kamp Nou"da o gün topu görə bilmirdik. Elə bil gözümüz bağlı idi. Öz-özümə ‘Nə baş verir?’ deyirdim. Xavi, İniesta, Messi, Pedro — hamısı meydanda idi!”
Kasilyas isə həmin komandaya qarşı oynamağın nə qədər çətin olduğunu vurğulayıb:
“Biz tarixinin ən güclü Barselonası ilə qarşılaşmışdıq.”
Marselo, xüsusilə Pedroya diqqət çəkərək, onun çoxları tərəfindən unudulduğunu, amma o dövrdə inanılmaz dərəcədə güclü futbolçu olduğunu deyib
“Pedro. Bir çoxları onu xatırlamır. Amma o çox güclü idi.”
Kasilyas söhbəti belə yekunlaşdırıb:
“Həmin komanda super komandadan da üstün idi, açığı.”



