"Barselona"nın bonus ödəməməkçün Levandovskidən tələbi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, son zamanlar yayımlanan Robert Levandovski bioqrafiyasına görə, polşalı hücumçu klubda ilk mövsümündə maraqlı bir vəziyyətlə üzləşib.

La Liqada artıq çempionluğunu təmin etmiş "Barselona" klubunda rəhbərliyin bir üzvü futbolçudan belə bir tələb edib:
"Robert, istəyirik ki, qol vurmağı dayandırasan."

Futbolçu bu sözlərdən ilkin olaraq təəccüblənib və çaşqınlıq yaşayıb. Daha sonra anlaşılıb ki, əks halda "Barselona" onun üçün "Bayern"ə daha çox bonus ödəməli olacaqdı.

Nəticədə Levandovski son iki liqa matçında qol vura bilməyib.