İspaniyanın “Barselona” klubu hələ də ötən illərdə etdiyi transferlərə görə digər klublara borcludur.
Offsideplus.az xəbər verir ki, onların təxminən 162 milyon avro borcu var.
Məlumata görə, katalon klubunun ödəmədiyi transfer məbləğləri aşağıdakı kimidir:
43 milyon avro – “Lids Yunayted”ə (Rafinya)
26 milyon avro – “Sevilya”ya (Jül Kundé)
18 milyon avro – “Leyptsiq”ə (Dani Olmo)
14 milyon avro – “Mançester Siti”yə (Ferran Torres)
10 milyon avro – “Bavariya”ya (Robert Levandovski)
“Barselona”ya bu borcun ən azı 142 milyon avrosunu mövsümün sonunadək ödəmək tələbi qoyulub. Əks halda klubun maliyyə sabitliyinin təhlükə altına düşəcəyi bildirilir.



