"Barselona" Reşford üçün yeni plan hazırlayır.

Offsideplus.az xəbər verir ki, katalonlar Markus Reşfordun növbəti mövsümdə də komandada qalmasını istəyir, lakin müqavilədəki 30 milyon avroluq satınalma bəndini aktivləşdirməyəcək.

Onlar “Mançester Yunayted”lə daha aşağı məbləğdə transfer haqqı barədə danışıqlar aparmaq və ya yenidən icarə müqaviləsi bağlamaq niyyətindədir.

Qeyd edək ki, futbolçu özü də "Barselona"da qalmaq istəyir.