"Barselona" komandası dünən eyniadlı şəhərdə çempionluq paradı keçirib. 

Offsideplus.az xəbər verir ki, futbolçular dünənki parada çimərlik topu gətirərək, Vinisius Junioru ələ salmağı unutmayıb. Futbolçular onun "Qızıl Top" əvəzinə çimərlik topu udduğuna söz atıb. Daha öncə "El Klasiko"da "Barselona" azarkeşləri braziliyalı hücumçunu çimərlik topu ilə ələ salmışdı.

Qeyd edək ki, "Barselona" cari mövsüm İspaniya La Liqası, İspaniya Super Kuboku və İspaniya Kral Kubokunun qalibi olub.