İspaniya nəhəngi “Real Madrid” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, onlar bunun üçün “Liverpul”un mərkəz müdafiəçisi İbrahimə Konateni əsas hədəf olaraq müəyyən edib.

Məlumata görə, fransalı futbolçu artıq "Enfild"dən azad agent kimi ayrılmaq qərarına gəlib.

Eyni zamanda, klubun digər hədəfi Niko Şlotterbek olaraq qalmaqdadır.