Azərbaycanı UEFA Konfrans Liqasının ikinci mərhələsində təmsil edəcək "Zirə" və "Araz-Naxçıvan"ın potensial rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, püşkatmadan öncə komandalar qruplara bölünüblər.

Püşkə əsasən, "Zirə" "Hayduk Split"lə (Xorvatiya) qarşılaşacaq.

"Araz-Naxçıvan"ın rəqibi isə Yunanıstanın "Aris" komandasıdır.

Hər iki təmsilçimiz ilk oyunu iyulun 24-də evdə keçirməlidir. Cavab görüşü iyulun 31-də olacaq.