"Avstraliya Open" turnirində mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, Zeynep Sönmez 2-ci turda macar Anna Bondarla üz-üzə gəlib.

Türkiyəli tennisçi rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib - 6:2, 6:4.

O, "Avstraliya Open" turnirində 3-cü tura yüksələn ilk türkiyəli idmançı olub.

Turnirin favoritlərindən Karlos Alkaras almaniyalı Yannik Hanfmannı məğlub edib - 7:6 (4), 6:3, 6:2.

Qadınlarda dünya 1 nömrəsi olan Arina Sabalenka çinli Çjosyuan Bayla qarşılaşıb.

Belaruslu tennisçi rəqibinə aman verməyib - 6:3, 6:1.