Türkiyə yığmasının bu ay keçiriləcək İspaniya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Vinçentso Montella 28 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Bolqarıstanla, 18-də isə İspaniya ilə qarşılaşacaq.