İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın U20 milli komandasının 3 üzvü fəxri kürsüyə qalxıb.
Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.
Yeddi ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.
Xatırladaq ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal əldə etmişdi.