İyunun 21-də Bakıda ilk dəfə keçiriləcək UFC Fight Night yarışının rəsmi şərhçiləri və oktaqon aparacısının adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu məqsədlə UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping paytaxtımıza gələcək.
O, Brendon Fitzcerald və Pol Felderlə birgə Baku Crystal Hall-dakı möhtəşəm gecənin UFC tərəfindən rəsmi şərhçiləri olacaq.
UFC dünyasının canlı əfsanəsi Brus Baffer isə turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.
Bundan başqa, Azərbaycanın iki təmsilçisi - Rafael Fiziyev və Nazim Sadıxov doğma publika önünə çıxacaq.
Hələlik UFC Baku Fight Night-da üz-üzə gələcək 9 cüt məlumdur. Gecədə 11 və ya 12 döyüşün keçiriləcəyi gözlənilir.