Sabah yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək.

Offsideplus.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan milli komandası ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları iştirak edəcəklər.

200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda isə 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

“Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Azərbaycan yığması yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 60 yeniyetməni sınaqdan keçirəcək.

Yarışın supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.