"Liverpul" klubunun çempionluq paradında faciə yaşanıb.
Offsideplus.az xəbər verir ki, komanda üzvləri üçün xüsusi ayrılmış avtobusla günorta saatlarında Liverpul şəhərinə çıxıb. Futbolçu və məşqçi heyəti mahnı oxuyublar, şənləniblər, fotolar çəkdiriblər.
Bayramın qızğın vaxtında paralel küçədə bədbəxt hadisə baş verib: avtomobil azarkeş kütləsinə üzərindən keçib, onlarla insan maşının altında qalıb.
Sürücü dərhal saxlanılıb. O, 53 yaşlı britaniyalıdır.
Hadisənin qurbanları barədə ətraflı məlumatlar verilmir.
Artıq sosial mediada faciəni əks etdirən video yayılıb.