Azərbaycanın minifutbol millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu axşam 1/4 final oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinala yüksəlmək uğrunda Çexiya seçməsi ilə üz-üzə gəlib. "Tipos Arena"da keçirilən qarşılaşmada yığmamız 5:2 hesabı ilə qalib gəlib. 

Komandamız yarımfinal mərhələsində Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə üstələyib. Komandamız F qrupunda keçirdiyi bütün oyunlarda da qələbə qazanıb: Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2).