"Mançester Siti" baş məşqçisi Pep Qvardiola "Real Madrid"i çalışdıran Xabi Alonsonun tənqid olunmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, keçmiş futbolçusu və həmkarı haqqında yüksək fikirlər səsləndirib:

“Xabi ilə iki il bir yerdə olduq — inanılmaz təcrübə idi. Mən ona böyük simpatiya duyuram. Ailələrimiz belə yaxın idi. "Barselona" və "Real Madrid" dünyanın ən çətin mühitinə malik komandalarıdır. Bu klublarda baş məşqçi olmaq çox böyük təzyiq deməkdir.”

Daha sonra Pep xüsusilə "Real Madrid"də işləməyin çətinliyini vurğulayıb:

“Real Madrid"i idarə etmək futbolda ən çətin işdir. Mən Madridin baş məşqçisi olub keçən mövsümdəki çıxışımı göstərsəydim, 6 aya məni vəzifədən qovardılar.”