"Qarabağ"ın müdafiəçisi Mateus Silva "Ayaks"la matç öncəsi mətbuat konfransına çıxıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçi sabahkı görüş barədə bunları deyib:
"Aydın məsələdir ki, bizi ciddi bir oyun gözləyir/ Oyun fəlsəfəmiz bəllidir. Məşqçinin bizdən nə istədiyi məlumdur. Öz oyunumuzu oynayacağıq. Doyma meydanda oynanyırıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq",
O, sözlərinə belə davam edib:
Bu, elə turnirdir ki, burda məsələni fərdlər həll etmir. Komanda halında yaxşı oynamalıyıq. Söz verirəm ki, sabah birlikdə ən yaxşı performansımızı göstərəcəyik".
Mateus sabahkı oyunun digərlərindən fərqlənmədiiyini də bildirib:
"Xüsusi həyəcan yoxdur. Çempionlar Liqasında bütün oyundan vacibdir. Digər matçlara necə hazırlaşmışıqsa, buna da elə.



