"Ayaks"ın baş məşqçisi Fred Qrim sabah keçiriləcək "Qarabağ"la oyundan əvvəl mətbuatın qarşısına çıxıb.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis mətbuat konfransında "Qarabağ"dan qorxmadıqlarını söyləyib:
"Baxmayaraq ki, xalımız yoxdur, ancaq "Qarabağ"dan qorxmuruq".
O, xalsız olmaqlarına baxmayaraq bu matça ciddi yanaşdıqlarını bildirib:
"Ayaks" sadəcə qalib gəlmək istəyir. Harada oynamağımızın, oyunun fərqi yoxdur. Sabahkı matç da bunlardan biridir. Qələbə qazanmaq istəyirik".
F. Qrim "Qarabağ"ın bir neçə oyununu izlədiklərini də deyib:
"Qarabağ"ın bir neçə oyununu izləmişik. Onlar bu mövsüm çox balanslı oynayır. Kifayət qədər kəsərli hücumları var. Bunlara qarşı hazırlaşmışıq. Sabah qalib də gələ bilərik, uduza da. Bunu sabah görəcəyik".



