Azərbaycan Basketbol Liqasının VI turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. "Abşeron Lions" "Şəki"yə qarşı səfər oyunundan 104:79 hesablı qələbə ilə ayrılıb.  

"Neftçi" lider "Sabah" ilə üz-üzə gəlib. Görüş saat 18:00-da Bakı İdman Sarayında keçirilib. "Sabah" rəqibini 96:103 hesabı ilə məğlub edib. 

ABL, VI tur

A qrupu

18:00 "Neftçi" - "Sabah" 96:103 (29:23, 21:25, 23:23, 23:32)

14:00 "Şəki" - "Abşeron Lions" 79:104 (15:22, 20:27, 13:30, 31:25)