Azərbaycan Basketbol Liqasında VI tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, ilk gündə tək qarşılaşma baş tutub. "Lənkəran" Lənkəran Olimpiya İdman Kompleksində "Sumqayıt"ı qəbul edib və 94:98 hesabı ilə məğlub olub.
Meydan sahibləri B qrupunda 8 xalla üçüncüdür. "Kimyaçılar" isə qələbə sayəsində xallarının sayını 8-ə çatdırıblar.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.



